Daha bir jurnalist öldürüldü
Dünya
Qəzza zolağında daha bir jurnalist həyatını itirib.
News24.az Bakupost.az-a istinadla xəbər verir ki, İsrail ordusu dünən Xan Yunisin şimal-qərbində yerləşən Həmed şəhərində bir qrup jurnalisti hədəf alıb.
Sözügedən hücumdan sonra fələstinli jurnalist İbrahim Muharibin meyiti Həməd şəhəri yaxınlığında tapılıb.
Fələstinli jurnalist Selma əl-Kaddumi isə yaralanıb.