Daha bir ölkədə koronavirusa görə məktəb və universitetlər - BAĞLANDI

Daha bir ölkədə koronavirusa görə məktəb və universitetlər - BAĞLANDI Dünya
Polşada koronavirusun yayılmasının qarşısını almaq üçün məktəb və universitetlər bağlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mateuş Moravetski məlumat verib. Bildirilib ki, Polşada təhsil müəssisələri 16 mart tarixindən etibarən 2 həftə müddətinə fəaliyyətini dayandıracaq. 

Son məlumatlara Polşada koronavirusa yoluxanların sayı 25 nəfərdir.