Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur - İDDİA- Yeniləndi

Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur - İDDİA- Yeniləndi Dünya

Almaniya İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulma məsələsini ciddi şəkildə nəzərdən keçirir.

News24.az xəbər verir ki, bu barədə alman mənbələri iddia irəli sürüb.

Mənbələrin bildirdiyinə görə, Almaniya artıq ABŞ ilə birgə planlaşdırma prosesində iştirak edir. Berlin ya birbaşa bombardman əməliyyatlarına qoşula, ya da hərbi dəstək göstərə bilər. /GLZRadio


Berlin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək və bunun üçün zəruri resurslara malik deyil.

News24.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful açıqlama verib.

O, İsrail Müdafiə Qüvvələrinin rəsmi radiosunda yayılan Almaniya qoşunlarının mümkün iştirakı ilə bağlı xəbəri təkzib edib.

Nazir bildirib ki, Almaniya qoşun göndərməyəcək, döyüş əməliyyatları planlaşdırmır və münaqişənin eskalasiyası ilə bağlı narahatlığını saxlayır.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın İrana qarşı müharibəyə qoşulma ehtimalını nəzərdən keçirdiyi bildirilmişdi. / Mignews