Daha bir ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Daha bir ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı Dünya

Hindistanın Tehrandakı səfirliyi İranda olan vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etməyi tövsiyə edib.

News24.az xəbər verir ki bu barədə səfirlik “X” sosial şəbəkəsində məlumat yayıb.

“Hindistan vətəndaşlarına səfirliklə razılaşdıraraq və səfirlik tərəfindən təklif olunan marşrutlardan istifadə etməklə mümkün qədər tez İranı tərk etmələri ciddi şəkildə tövsiyə olunur", — deyə açıqlamada bildirilib. Səfirlik həmçinin vətəndaşları əvvəlcədən məsləhətləşmə və razılaşdırma olmadan hər hansı beynəlxalq quru sərhədinə yaxınlaşmamağa çağırıb.

Qeyd edək ki daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. O atəşkəs razılaşması çərçivəsində İranın Hörmüz boğazını blokadadan çıxarmağa razılaşdığını bildirib.

Tramp həmçinin İranla hərbi əməliyyatın bütün məqsədlərinin yerinə yetirildiyini qeyd edib. Ağ Evdən isə bildirilib ki İsrail də atəşkəsə qoşulacaq.