Daha bir ölkədə azyaşlılara sosial media qadağası gəlir
Dünya
Almaniyada sosial şəbəkələrdən istifadə ilə bağlı yeni və daha sərt qaydaların tətbiqi gündəmdədir. Federal rəqəmsallaşma naziri Karsten Vildberger “Facebook”, “Instagram” və “TikTok” da daxil olmaqla, sosial platformalara yaş məhdudiyyəti qoyulması ideyasını açıq şəkildə dəstəklədiyini bildirib.
News24.az xəbər verir ki, hazırda Almaniyada alimlər, həkimlər və uşaqların müdafiəsi üzrə mütəxəssislərdən ibarət ekspert komissiyası fəaliyyət göstərir. Komissiya sosial şəbəkələrə giriş üçün yaş limitləri, eləcə də məktəblərdə smartfonların qadağan edilməsi kimi tədbirləri müzakirə edir. Təkliflərin yay aylarına qədər təqdim olunacağı gözlənilir.
Almaniya bu məsələdə Avstraliya təcrübəsindən ilhamlanır. Belə ki, Avstraliyada 16 yaşdan aşağı uşaqların iri sosial platformalarda hesab açması qadağan edilib. Qərarın əsas səbəbləri sosial şəbəkə asılılığı, kiberzorakılıq və zərərli məzmunun yayılmasıdır.
Rəsmi Berlin də oxşar addımlar atmağa hazır olduğunu gizlətmir.