Danimarkanın keçmiş kraliçası xəstəxanaya yerləşdirildi
Dünya
Danimarkanın keçmiş kraliçası II Marqret ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, Danimarka Kral Sarayının yaydığı məlumata görə, 86 yaşlı keçmiş kraliça xəstəxanada həkim nəzarəti altında saxlanılır. Bildirilib ki, o, yorğun olsa da, ümumi vəziyyəti və əhvalı yaxşıdır.
Açıqlamada qeyd olunub ki, II Marqret əlavə tibbi müayinələrdən keçiriləcək və səhhəti ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Hazırkı kral Frederik X-in anası olan II Marqret 2024-cü il yanvarın 14-də taxtdan imtina edərək hakimiyyəti oğluna təhvil vermişdi. Bu qərar Danimarka tarixində təxminən 900 ildən sonra ilk könüllü taxtdan imtina kimi qeydə alınmışdı.