Danışıqların pərdəarxası: "Sky news" sensasiyalı detalları açıqladı

Danışıqların pərdəarxası: "Sky news" sensasiyalı detalları açıqladı Dünya

Son danışıqların yekunlarına görə, Ukrayna ilə Rusiya arasında müzakirə olunan məsələlərin 90 faizi üzrə razılıq əldə olunub.

News24.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqların əsas mövzularından biri təhlükəsizlik zəmanətləri olub. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukrayna üçün Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərini qəbul etməyə razı sala biləcəyinə inanır.

Telekanalın həmsöhbəti görüş zamanı ərazi məsələləri üzrə müzakirələrin dərinləşdirildiyini də qeyd edib. O əlavə edib ki, Tramp Berlində keçirilən ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrindən məmnundur.