Dəhşətli virus sürətlə yayılır
Dünya
Son günlər "Nipah" virusuna yoluxma hallarının artması ictimai narahatlıq yaradıb. Xüsusilə Hindistanda qeydə alınan yoluxmalar və karantin tədbirləri diqqət çəkir.
News24.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, "Nipah" virusu əsasən meyvə ilə qidalanan yarasalardan insanlara keçir.
Yoluxma yarasaların nəcisi və ya tüpürcəyi ilə çirklənmiş qidaların istehlakı, yoluxmuş heyvanlarla birbaşa təmas, eləcə də bəzi hallarda insandan insana yaxın təmas yolu ilə baş verir.
Xəstəliyin əsas simptomları qızdırma, baş ağrısı, halsızlıq, ürəkbulanma və qusmadır. Ağır hallarda tənəffüs çətinliyi, beyin iltihabı və şüur itkisi müşahidə olunur.