Dəhşətli virusla bağlı qorxunc iddialar: 8 il əvvəl ortaya çıxıbmış
Dünya
“MV Hondius” kruiz gəmisində hantavirus hallarının aşkarlanması illər əvvəl Argentinada baş vermiş ölümcül epidemiyanı yenidən gündəmə gətirib.
News24.az-ın məlumatına görə, 2018-ci ildə Argentinanın Epuyen kəndində yayılan hantavirus nəticəsində 34 nəfər yoluxub, onlardan 11-i həyatını itirib.
Təxminən 2 min əhalisi olan kənddə həmin dövr sakinlər tərəfindən kabus kimi xatırlanıb. Yerli sakin Mailen Valle atasını və iki bacısını bir ay ərzində hantavirus səbəbindən itirib.
Valle o vaxt açıqlamasında hadisələrin adi bir ad günü məclisindən sonra başladığını qeyd edib:
“Atamın qatıldığı məclisdə virus daşıyıcısı onun masasında oturub. Həmin masadakı bir neçə nəfər yoluxub və bəziləri həyatını itirib”.
Onun sözlərinə görə, atasının dəfn mərasimi də yeni yoluxmaların mərkəzinə çevrilib. Üç bacısından ikisi həmin mərasimdə virusa yoluxub. Bacılardan biri simptomlar başlayandan bir neçə saat sonra vəfat edib, digəri isə dəfn mərasimindən əvvəl torpağa tapşırılıb.
Epidemiyadan sağ çıxanlardan biri olan Viktor Diaz o vaxt keçirdiyi ağır simptomları belə təsvir edib:
“Hər şey zəifliklə başlayıb. Yemək yeyə bilmirdim. Sonra bədənimdə bənövşəyi ləkələr yaranıb və həmin gün huşumu itirmişəm”.