Dələ 100 min insanı işıqsız - QOYDU
Dünya
Dələ elektrik yarımstansiyasının transformatorunda naqilləri çeynəyib və Almaniyanın cənubunda 100 minə yaxın insanı işıqsız qoyub.
News24.az xəbər verir ki, bu barədə “BILD in Russian” Telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, səhər saatlarında Lüdviqsburq və Kornvesthaym şəhərlərinin böyük bir hissəsində elektrik enerjisi iki saatdan çox kəsilib. Kommunal işçilərinin sözlərinə görə, dələ elektrik yarımstansiyasının transformatoruna çıxıb və naqilləri zədələyib.
“Elektriklə yanaşı, internet və mobil rabitə də yoxa çıxıb. Vağzal binasında işıqlar sönüb, sərnişinlər qaranlıqda qatarlara piyada getməli olublar”, - nəşr yazıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında da eyni hadisə baş verib. Dələlər ABŞ-də 15 min insanı işıqsız qoyub.
Məryəm İlhamqızı