Den Driskollu sülh danışıqlarından kim uzaqlaşdırdı?

Den Driskollu sülh danışıqlarından kim uzaqlaşdırdı? Dünya

ABŞ ordu naziri Den Driskoll sülh danışıqlarından kənarlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri anonim mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Pentaqon rəhbəri Driskollun öz səlahiyyətlərini aşdığına qərar verdikdən sonra onu prosesdən uzaqlaşdırıb.

Driskoll iki həftə əvvəl yenidən Kiyevə səfər etməli idi, lakin səfər baş tutmayıb. O, həmçinin dekabrın 1-də Parisdə keçirilən Zelenski-Makron görüşündə də iştirak etməli idi, amma orada da görünməyib.

Noyabr ayında Driskoll Kiyevdə olaraq ABŞ tərəfindən hazırlanmış müharibəni bitirmə planını prezident Zelenskiyə təqdim edib.

Telegraph yazır ki, Ukrayna və Avropa rəsmiləri Driskollun yoxluğunu sülh danışıqlarına təsir uğrunda gedən daha geniş siyasi mübarizə ilə əlaqələndirirlər. Nəşrin məlumatına görə, Driskoll ABŞ-nin Ukrayna münaqişəsində aktiv iştirakına qarşı çıxan və vitse-prezident Cey Di Vens tərəfindən yönləndirilən qrupun üzvüdür.