Dənizdə zibil toplama yarışı
Dünya
Antalyanın Alanya rayonunda maraqlı hadisə baş verib.
News24.az xəbər verir ki, gündəlik tur təşkil edən gəmi kapitanı Turqay Meşe, ətraf mühitə diqqəti artırmaq və tətildən zövq almaq üçün zibil toplama tədbiri təşkil edib.
Turistlər lüks qayıqda yerlərini alaraq Alanyanın tarixi gözəlliklərini: Kızılkule, Gəmiqayırma Zavodu, Alanya qalası, Aşiqlər mağarası və Damlataş çimərliyini gəziblər. Dənizdən rayonun təbii və tarixi gözəlliklərini kəşf etmək istəyən turistlər tur zamanı getdikləri yerlərdə və dəniz üzərində zibil toplamaq üçün dalğıc lövhəsi ilə yarışaraq əyləniblər.
Turqay Meşe ən çox zibil yığan turistlərə kapitan papağı hədiyyə edib.
Müxtəlif tur qayıqları və ətraf rayonlardan olan insanlar da bu tədbiri dəstəkləyiblər.
Qayıq kapitanı Turgay Meşe təşkil etdikləri maarifləndirmə tədbirində iştirak edən hər kəsə təşəkkür edib.
Məryəm İlhamqızı