Dərsini yaxşı oxumadığı üçün qızına işgəncə verdi
Dünya
Rusiyanın Primorye diyarında məktəbli qızını pis qiymətlər aldığına görə bir ildən artıq müddətdə mütəmadi döyən ana məhkəmə qarşısına çıxarılacaq.
News24.az xəbər verir ki, bu barədə Primorye prokurorluğu məlumat yayıb.
Qurumun məlumatına görə, 2025-ci ilin aprelindən 2026-cı ilin iyulunadək təqsirləndirilən qadın 10 yaşlı qızını mütəmadi olaraq döyüb.
Ana hesab edib ki, övladı dərslərini yaxşı oxumur.Qadın hətta bıçağı qızının boğazına dirəyərək öldürməklə hədələyib.
Hazırda azyaşlı dövlət himayəsinə verilib.
Ana barəsində işgəncə vermə və öldürməklə hədələmə maddələri üzrə cinayət işi açılıb.
İstintaq materialları baxılması üçün məhkəməyə göndərilib.