Dilənçilik etmək QADAĞAN EDİLDİ - – SƏRƏNCAM

Dilənçilik etmək QADAĞAN EDİLDİ - – SƏRƏNCAM Dünya

Əskişəhərdə dilənçilərə, uşaqlara və əlillərə pul vermək qadağan edilib.    

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Əskişəhər Qubernatorluğu küçələrdə işləyən, dilənçiliklə məşğul olan uşaqların qorunması üçün 'Ümumi Sərəncam' imzalayıb.

Sərəncamda bildirilib ki, uşaqları əlverişsiz mühitlərdən uzaq tutmaq, əqli cəhətdən sağlam şəxsiyyət kimi böyümələrini təmin etmək üçün bu qərarın böyük əhəmiyyəti olacaq. 

Qeyd edək ki, dilənçilik edənlər cinayət məsuliyyətinə cəlb ediləcək. 

Ülkər ABDURAHMANLI