"Ditvah" Şri-Lankanı viran qoydu: ölənlərin sayı artdı
Dünya
Şri-Lankada “Ditvah” siklonunun yaratdığı torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 153-ə yüksəlib. 191 nəfər hələ də itkin düşmüş hesab olunur və ölkə üzrə yarım milyondan çox insan təbii fəlakətin təsirinə məruz qalıb.
News24.az xəbər verir ki, Fövqəladə Halların İdarəetmə Mərkəzinin məlumatına görə, 78 mindən çox insan təxliyə edilib. Onlar əsasən məktəblərdə qurulan 800-ə yaxın yardım mərkəzinə yerləşdirilib.
Minlərlə polis, donanma və ordu əməkdaşları bölgələrə səfərbər olunaraq ərzaq paylayır, yolları təmizləyir və uçqun altında və ya su basmış ərazilərdə qalan ailələri təhlükəsiz yerlərə köçürür.
Qeyd edək ki, “Ditvah” siklonu ölkədə son illərin ən dağıdıcı təbii fəlakətlərindən biri hesab olunur.