“Düşmənin hədəfi iqtisadiyyatı sarsıtmaqdır”
Dünya
İran Prezidenti Məsud Pezeşkian düşmənlərin ölkə iqtisadiyyatına təzyiq göstərərək cəmiyyətdə narazılıq yaratmağa çalışdığını bildirib.
News24.az xəbər verir ki, o bu fikirləri Tehranda keçirilən iqtisadi iclasda səsləndirib.
Prezident həm istehsalçıların, həm də istehlakçıların qorunmasını təmin edən siyasətin vacibliyini vurğulayıb.
Pezeşkian bildirib ki, müharibə şəraitində möhtəkirliyin, paylanma sistemindəki nasazlıqların və nəzarətsiz qiymət artımlarının qarşısını almaq üçün istehsaldan istehlaka qədər bütün zəncirin daimi nəzarətdə saxlanılması vacibdir.
O, həmçinin cəmiyyətin əsas ehtiyaclarının müəyyənləşdirilməsinin və tələb-təklif balansının düzgün idarə olunmasının zəruriliyini qeyd edib.
Düşmənin əsas hədəflərindən birinin iqtisadiyyatı pozmaq olduğunu deyən prezident əlavə edib ki, bu, əhalinin dolanışığına təzyiq göstərmək məqsədi daşıyır. O, dövlətin siyasətinin istehsalçı maraqları ilə yanaşı, istehlakçı məmnuniyyətini də qorumağa yönəlməli olduğunu bildirib. (IRNA)
Nilufər