Dron düşdü, ölənlər var - Bu ölkədə

Dron düşdü, ölənlər var - Bu ölkədə Dünya

Omanın təhlükəsizlik mənbələri Sohar qubernatorluğunda iki dronun vurulduğunu bildirib.

News24.az xəbər verir ki, dronlardan biri Əl-Əvahi sənaye bölgəsinə düşüb, nəticədə iki əcnəbi faciəvi şəkildə həlak olub və bir neçə nəfər yaralanıb.

Məlumata görə, ikinci dron açıq əraziyə düşüb və heç bir xəsarət və ya maddi itki qeydə alınmayıb. Səlahiyyətli orqanlar hazırda hər iki hadisəni yerində araşdırır və vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıblar.