Dünya internetinin əsas kabelləri təhlükə altında: İrandan təhdid
Dünya
İran Hörmüz boğazındakı sualtı internet kabellərinə zərbələr endirə bilər.
News24.az xəbər verir ki, bu barədə SEPAH nümayəndəsi Hüseyn Möhibbi açıqlama verib.
“Bütün dünyada internet və ticarət məlumatlarının asılı olduğu yeddi böyük internet kabeli Hörmüz boğazının altından keçir. Biz bunu düşmənə xatırladırıq. Sadəcə, onların bunu bilməsini istəyirik. Yeni hədəflər təqdim olunacaq. Yeni silahlar nümayiş etdiriləcək və bunun nəticəsi olaraq biz Amerika qüdrətinin qalıqlarını regiondan silib-süpürəcəyik”, - deyə SEPAH nümayəndəsi bildirib.