Dünya nüvə fəlakətinin astanasındadır - Çaba Koroşi

Dünya nüvə fəlakətinin astanasındadır - Çaba Koroşi Dünya

"Dünya nüvə fəlakətinin astanasındadır".

News24.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri Çaba Koroşi BMT Baş Assambleyasının iclasında deyib.  

Onun sözlərinə görə, dünya qlobal fəlakətə əvvəlkindən daha yaxındır və nüvə silahından istənilən istifadə vəziyyəti nəzarətdən çıxaracaq.

"Qlobal hərbi xərclər 2022-ci ildə rekord həddə - 2,2 trilyon dollara çatıb. Biz NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) şərtlərinə zidd olaraq, nüvə ehtiyatlarının və imkanların artdığının bir çox əlamətlərini görürük. Biz bu əsrdə qlobal fəlakətə daha çox yaxınlaşırıq. Bununla belə, nüvə silahlarının bəşəriyyət üçün yaratdığı dəhşəti görə bilmirik", - o vurğulayıb.

Koroşi bildirib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi (CTBT) beynəlxalq tərksilah strukturunun əsas elementidir. Biz yadda saxlamalıyıq ki, hər hansı bir nüvə silahının istənilən məqsəd üçün istifadəsi dərhal nəzarətdən çıxacaq. "məhdud nüvə müharibəsi" deyilən bir şey yoxdur". 
Günəş Mərd