Dünya rekordçusu həyatını itirdi

Dünya rekordçusu həyatını itirdi Dünya

2017-ci ildə Ginnesin Rekordlar Kitabına “Dünyanın ən kök adamı” kimi düşən meksikalı Xuan Pedro Franko 41 yaşında vəfat edib.

News24.az xəbər verir ki, onun ölüm səbəbi kimi böyrək infeksiyasının ağırlaşması və fəsadlara səbəb olması göstərilib.

Qeyd edək ki, Xuan Pedro Franko dünya rekordunu qırdığı zaman 595 kiloqram olub. Bu zamana qədər pəhrizə cəlb olunsa, iki əməliyyat keçirsə də, böyrək ionfeksiyası onun vəziyyətinin kritikləşməsinə səbəb olub və o, həyatını itirib.