Dünya şokda: Yeni kamera görüntüləri yayıldı
Dünya
ABŞ-də yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsini idarə etməkdə ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin ölüm gecəsinə dair yeni detallar ortaya çıxıb.
News24.az xəbər verir ki, yayımlanan görüntülərdə “narıncı kostyumlu bir şəxsin” Epşteynin kamerasına doğru getdiyi görünür.
ABŞ-nin CBS telekanalının ekspert rəylərinə əsaslanan analitik xəbərində bildirilir ki, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı açıqladığı son sənədlər əvvəlki rəsmi məlumatlarla ziddiyyət təşkil edir. Sənədlərə görə, Epşteynin intihar etdiyi iddia edilən gecə hadisə yerində ondan başqa bir şəxs də olub.
Məlumata əsasən, 9 avqust 2019-cu il tarixində, təxminən saat 22:39-da Epşteynin saxlanıldığı təcrid olunmuş mərtəbəyə aparan pilləkənlərdən narıncı rəngli bir cismin yuxarı qalxdığı müşahidə edilib. Araşdırmanı aparan müstəntiqlər bu görüntünün Epşteynin kamerasının yerləşdiyi mərtəbəyə doğru hərəkəti əks etdirdiyini qeyd ediblər.
Xəbərdə vurğulanır ki, Federal Təhqiqat Bürosunun (FTB) rəsmiləri görüntülərə baxış zamanı “L mərtəbəsinə aparan pilləkənlərdən narıncı bir şeyin qalxdığını görürük. Bu, ola bilsin ki, həmin mərtəbəyə aparılan bir məhbusdur” ifadəsini işlədiblər. Bu isə Ədliyyə Nazirliyinin müfəttiş hesabatında yer almayan və əlavə suallar doğuran məqam kimi qiymətləndirilir.