Dünyanın ən aktiv vulkanı yenidən oyanır: Güclü püskürmə gözlənilir
Dünya
Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilaueada lava axını yenidən başlayıb.
News24.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Mərkəzinin məlumatına görə, vulkanın aktivliyi son saatlarda artıb və bu gün və ya çərşənbə axşamı güclü püskürmə ehtimalı yüksəkdir.
Artan təhlükə səbəbindən vulkanın yerləşdiyi Milli Parkın bəzi hissələri ziyarətçilər üçün bağlanıb. Mütəxəssislər prosesin diqqətlə izlənildiyini bildirirlər.
Kilauea 2024-cü ilin dekabr ayından bəri fasilələrlə püskürür və bölgədə narahatlıq davam edir.