Dünyanın ən bahalı şəhərləri: Bir fincan qəhvə üçün sərvət ödənilir

Dünyanın ən bahalı şəhərləri: Bir fincan qəhvə üçün sərvət ödənilir Dünya

Dünyada həyat xərclərinin artdığı bir dövrdə hər gün bir fincan qəhvə üçün belə böyük məbləğ ödəyən şəhərlər hazırda siyahının ən başında qərarlaşıb.

News24.az xəbər verir ki, burada sadəcə qəhvə deyil, gündəlik yaşayış xərcləri — kirayə, nəqliyyat və xidmətlər də yüksək səviyyədədir və bu da ümumi baxımdan həmin şəhərləri dünyanın ən baha şəhəri kimi göstərir.

Araşdırmada xüsusilə nəqliyyat və qəhvə qiymətləri diqqətə alınaraq siyahı tərtib olunub. Bir fincan qəhvəyə ödənən qiymət belə bəzi ölkələrdə gündəlik əsas xərclərlə müqayisə edilir və bu, həmin şəhərlərin ümumi bahalı həyat xərclərinin göstəricisidir. Siyahıda Sinqapur birinci yerdədir və onu İsveçrə və ABŞ-nin böyük şəhərləri izləyir.

Beynəlxalq statistikaya əsasən, 2025-ci ilin məlumatlarında Zürich və Kopenhagen kimi şəhərlərdə orta cappuccino qiymətləri təqribən 6.77 ABŞ dolları civarındadır ki, bu da dünyada qəhvənin ən baha olduğu yerlərdən sayılır.