Dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə salınır

Dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə salınır Dünya

Yaponiya dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Karivanı yenidən fəaliyyətə qaytarmaq qərarı verib.

News24.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Stansiyanın yerləşdiyi Niigata prefekturasının qanunverici orqanı operator TEPCO şirkətinə yeddi reaktordan birinin yenidən işə salınmasına icazə verən qanun layihəsini təsdiqləyib. Şirkət 6 nömrəli reaktoru yanvarın 20-də işə salmağı planlaşdırır.

TEPCO bildirib ki, stansiyada təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni dəniz divarları, su keçirməyən qapılar, mobil generatorlar və qabaqcıl filtrasiya sistemləri quraşdırılıb.