Dünyanın ən çox əhalisi olan şəhər

Dünyanın ən çox əhalisi olan şəhər Dünya

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Əhali şöbəsi 2025-ci il üzrə Dünya Urbanizasiya Perspektivləri hesabatını açıqlayıb.

News24.az xəbər verir ki, sənədə görə, İndoneziyanın paytaxtı Cakarta 42 milyon nəfərlik əhali ilə dünyanın ən çox əhalisi olan şəhəri seçilib.

İkinci yerdə 37 milyon nəfərlə Banqladeşin paytaxtı Dəkkə, üçüncü yerdə isə 33 milyon əhali ilə Tokio qərarlaşıb. Qeyd edək ki, Tokio 2018-ci il hesabatında birinci yerə sahib idi.

Hesabatda bildirilib ki, 1950-ci ildə dünya əhalisinin cəmi 20 faizi şəhərlərdə yaşayırdısa, hazırda bu rəqəm 50 faizə yaxınlaşır. Proqnozlara əsasən, 2050-ci ilə qədər əhali artımının üçdə ikisi şəhərlərin payına düşəcək.