Dünyanın ən çox ziyarət edilən muzeyi bağlanır
Dünya
Parisdə yerləşən Luvr Muzeyinin həmkarlar ittifaqları bazar ertəsi günü tətilə başlayacaqlarını elan ediblər.
News24.az xəbər verir ki, işçilər muzeydə təcili təmir işlərinin aparılmasını, işçi sayının artırılmasını və 2026-cı ilin yanvar ayına planlaşdırılan Aİ xaricindən gələn ziyarətçilər üçün bilet qiymətlərinin artırılması qərarının ləğv edilməsini tələb edirlər.
Fransanın ən böyük və dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr son aylarda bir sıra qalmaqallarla gündəmə gəlib. Muzeydə Fransa imperatoru Napoleonun zinət əşyalarının oğurlanması, eləcə də baxımsızlıq səbəbindən partlayan boruların bəzi sənət əsərlərinə ziyan vurması ciddi narazılıq yaradıb.
Tətil səbəbindən Luvr Muzeyinin Milad dövründə ziyarətçilər üçün qismən və ya tamamilə bağlanma riski olduğu bildirilir. İşçilər muzeyin hazırkı vəziyyətini “dağılmadan əvvəlki son mərhələ” kimi dəyərləndirir.