Dünyanın ən güclü hərbi ölkələri açıqlandı

Dünyanın ən güclü hərbi ölkələri açıqlandı Dünya

Dünya ölkələrininin qlobal hərbi güc indeksi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə “Global Firepower” reytinqinin məlumatlarında qeyd edilib.

Ölkələrin hərbi güc indeksi 60-dan çox göstərici əsasında hesablanıb. Bu göstəricilərə maliyyə vəziyyəti, coğrafi mövqe, logistika imkanları və digər amillər daxildir.

Araşdırmanın nəticələrinə görə, reytinqdə birinci yeri ABŞ tutub. Rusiya 145 ölkə arasında ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Çin tamamlayır.

Hərbi gücə görə ilk 10 ölkə sırasına həmçinin Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya da daxil edilib.