Dünyanın ən güclü orduları açıqlandı: Siyahı

Dünyanın ən güclü orduları açıqlandı: Siyahı Dünya

"Global Firepower" təşkilatı 2026-cı il üzrə dünyanın ən güclü ordularının yenilənmiş reytinqini dərc edib.

News24.az xəbər verir ki, hərbi potensial, texnoloji səviyyə, logistika imkanları, şəxsi heyətin sayı və müdafiə sənayesinə yatırılan investisiyalar əsasında tərtib edilən siyahı qlobal hərbi balansdakı son vəziyyəti əks etdirir.

Reytinqə görə, ABŞ dünyanın ən güclü ordusu olaraq birinci yerdə qərarlaşıb. Onu Rusiya və Çin izləyir. Hindistan dördüncü, Cənubi Koreya isə beşinci pillədə yer alıb. Fransa, Yaponiya və Birləşmiş Krallıq da ilk onluqda yer alan ölkələr sırasındadır.

Siyahıda Türkiyə 9-cu yeri tutaraq ilk 10-luqda mövqeyini qoruyub.

1.ABŞ

2.Rusiya

3.Çin

4.Hindistan

5.Cənubi Koreya

6.Fransa

7.Yaponiya

8.Birləşmiş Krallıq

9.Türkiyə

10.İtaliya