Dünyanın ən uzun sualtı mağarası bir daha rekord qırdı

Dünyanın ən uzun sualtı mağarası bir daha rekord qırdı Dünya

Meksikadakı Ox Bel Ha sualtı mağara sisteminin əvvəl düşünüləndən daha uzun olduğu məlum olub.

News24.az bildirir ki, əvvəllər 524 km uzunluqda xəritələnən sistemdə son tədqiqatlar zamanı 10 kilometrlik yeni keçidlər aşkar edilib və ümumi məsafə əhəmiyyətli dərəcədə artıb.

1996-cı ildə kəşf olunan bu tamamilə sualtı labirintin xəritələnməsi çətin olduğundan dalğıclar hər ekspedisiyada xüsusi avadanlıq və bələdçi xətlərindən istifadə edirlər. Sistem daxilində qədim Maya mədəniyyətinə aid arxeoloji tapıntılar da mövcuddur.

Mütəxəssislər hesab edir ki, araşdırmalar davam edərsə, Ox Bel Ha ümumi uzunluğa görə dünyanın ən böyük mağara sistemi statusunu da qazana bilər.