Dünyanın ən varlı məşhuru oldu
Dünya
Amerikalı dünya şöhrətli rejissor “Stiven Spilberq” dünyanın ən varlı məşhuru seçilib.
News24.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Onun sərvəti 7,1 milyard dollar qiymətləndirilir.
“DreamWorks” studiyasının həmtəsisçisi və tarixdə ən çox gəlir gətirən kinorejissor olan Spilberq “Çənələr”, “Yura dövrü parkı” və “İndiana Cons” kimi məşhur filmlər sayəsində “Universal” əyləncə parklarında satılan hər biletdən gəlir əldə etməyə davam edir.
Siyahıda ikinci yeri 5,2 milyard dollar sərvətlə rejissor Corc Lukas, üçüncü yeri isə 4,3 milyard dollarla basketbol əfsanəsi Maykl Cordan tutur. Dördüncü pillədə “WWE”nin qurucusu Vins Makmen (3,6 milyard dollar), beşinci yerdə isə teleaparıcı Opra Uinfri (3,2 milyard dollar) qərarlaşıb.
Qeyd edək ki, 79 yaşlı Stiven Spilberq 2025-ci ildə də bu siyahıya liderlik edirdi. Həmin vaxt onun sərvəti 5,3 milyard dollar olaraq qiymətləndirilmişdi.
Rejissor yaxın vaxtlarda “EGOT” statusu da qazanıb. O, ABŞ-nin dörd əsas mükafatını — “Emmi”, “Grammy”, “Oskar” və “Toni” əldə edən sənətçilər sırasına qoşulub. (Unikal)