Dünyanın hər yerindən əhali ora axışır, amma hər kəs şikayət edir
Dünya
Dünyanın ən çox ziyarət edilən ölkəsi olan Fransa bu il də milyonlarla turisti cəlb edib. Lakin artan turist axını ölkə daxilində narazılıqları gücləndirib.
News24.az xəbər verir ki, Parisdən Fransız Rivierası kimi məşhur turizm məkanlarına turistlərin axını davam etdiyi halda, yerli sakinlər bu vəziyyətdən getdikcə daha çox narahat olduqlarını bildirirlər.
Fransa hər il təxminən 90–100 milyon turist qəbul edərək dünyanın ən çox səfər edilən ölkəsi statusunu qoruyub saxlayır. Ölkənin turizm cazibəsi qlobal maraq doğursa da, son araşdırmalar yerli əhali arasında narazılığın artdığını və xaricə köçmək istəyənlərin sayının çoxaldığını göstərir.