Özünü polis kimi təqdim edib yeniyetmə qızdan intim şəkillər aldı
Dünya
Rusiyanın Amur Vilayət Məhkəməsi özünü polis əməkdaşı kimi təqdim edərək 17 yaşlı qızdan intim foto və videolar alan Moskva sakini barəsində çıxarılan hökmü ləğv edib.
News24.az xəbər verir ki, hadisə 2025-ci ildə Blaqoveşçensk şəhərində baş verib. Kişi sosial şəbəkədə yetkinlik yaşına çatmayan qızla əlaqə saxlayaraq özünü polis əməkdaşı kimi təqdim edib.
O, qızın sosial şəbəkədəki açıq fotolarından istifadə edilərək onun barəsində ittihamedici materiallar hazırlandığını iddia edib. Daha sonra qızı həmin materialların silinməsi üçün onunla əlaqə saxlamağa inandırıb.
Qız ona yazdıqdan sonra kişi daha açıq görüntülər tələb edib. Təzyiq nəticəsində yeniyetmə bir neçə foto və video göndərib. O, qarşı tərəfin eyni şəxs olduğunu bilməyib.
Həmin şəxs əldə etdiyi görüntüləri internetdə yayıb, sosial şəbəkə hesabında paylaşıb və dostuna göndərib. Dostu da materialları digər şəxslərə göstərib.
Kişi Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə təqsirli bilinib. İlkin məhkəmə qərarı ilə ona 5 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası və 50 min rubl cərimə təyin edilib.
Müdafiə tərəfinin apellyasiya şikayətlərinə baxıldıqdan sonra məhkəmə əvvəlki qərarı ləğv edib və yeni hökm çıxarıb. Nəticədə təqsirləndirilən şəxsə 5 il həbs və 50 min rubl cərimə cəzası verilib.