Dünyanın tək sahibsiz torpağı: Heç bir dövlətə məxsus deyil

Dünyanın tək sahibsiz torpağı: Heç bir dövlətə məxsus deyil Dünya

Dünyada maraqlı coğrafi faktlardan biri də rəsmi olaraq heç bir dövlətə məxsus olmayan torpaq sahəsinin mövcudluğudur. Söhbət Afrikada Misir və Sudan arasında yerləşən Bir Tavil (Bir Tawil) adlı ərazidən gedir.

News24.az xəbər verir ki, təxminən 2 min kvadratkilometr sahəni əhatə edən bu torpaq parçası beynəlxalq hüquqda “sahibsiz ərazi” kimi tanınır.

Bunun əsas səbəbi Misir və Sudanın sərhədlərlə bağlı fərqli xəritələri əsas götürməsidir. Belə ki, hər iki ölkə Britaniya müstəmləkəsi dövründə çəkilmiş fərqli sərhəd xətlərinə istinad edir. Həmin xəritələrdən biri Bir Tavilin Misirə, digəri isə Sudana aid olduğunu göstərir.