Ebola Avropaya yayıldı: Fransada ilk yoluxma...

Ebola Avropaya yayıldı: Fransada ilk yoluxma... Dünya

Fransa Səhiyyə Nazirliyi Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusunun aşkar edildiyini açıqlayıb.

News24.az -ın məlumatına görə, xəstə nəzarət altına alınıb, ölkə rəhbərliyi isə vəziyyəti yaxından izləyir.

Xatırladaq ki, Konqo Demokratik Respublikasında may ayında Ebola epidemiyası elan olunub. Ümumdünya Səhiyyə Təşkilatı da xəstəliyin yayılması ilə bağlı fövqəladə vəziyyət elan edib.

Bildirilir ki, hazırkı yoluxmalar Ebola virusunun nadir "Bundibugyo" adlı növüdür.