Əbu-Dabidə restoranda partlayış olub, xəsarət alanlar var

Əbu-Dabidə restoranda partlayış olub, xəsarət alanlar var Dünya
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə restoranda qaz sızmasından partlayış olub.

News24.az​​​ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Partlayış nəticəsində restoranın şüşə fasadı da uçub.

Polis hadisə ilə bağlı araşdırma aparır.