Əkiz bacılar bir-birini "TikTok"da tapdılar
Dünya
Gənc qadın "TikTok" sosial şəbəkəsində varlığından xəbəri olmadığı əkiz bacısını tapıb.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Gürcüstanda baş verib.
Uzun illərdir ki, bir-birindən ayrı düşən əkiz bacılar sosial şəbəkədə təsadüfən "rastlaşıblar".
Onlar söhbət əsnasında əkiz bacı olduqlarını biliblər. Qızlar uşaqikən ayrı-ayrı ailələrə övladlığa veriliblər.