Ekvadorda təyyarə avtomobil yoluna düşdü, işıq dirəyinə çırpıldı - Video
Dünya
Ekvadorda təyyarə hava limanına eniş zamanı uçuş-enmə zolağından çıxaraq avtomobil yoluna düşüb və işıq dirəyinə çırpılıb.
News24.az xəbər verir ki, bu barədə “El Mercurio” məlumat yayıb.
Məlumata görə, “Cuencana Airlines” aviaşirkətinə məxsus təyyarə Quayakildən Kuenkaya uçuş həyata keçirib.
Təyyarənin göyərtəsində pilot da daxil olmaqla iki nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunub ki, təyyarə Ekvador Mərkəzi Bankının sifarişi ilə qiymətli əşyalar daşıyıb. Yükə zərər dəyməyib.
Hadisənin başvermə səbəbləri hələlik açıqlanmayıb.