İran təsdiqlədi: Əli Laricani öldürüldü — YENİLƏNDİ
Dünya
İran tərəfi Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
**
İsrail mediası İranın yüksək səviyyəli təhlükəsizlik rəsmilərindən biri və ölkənin mühüm siyasi fiqurlarından sayılan Əli Laricaninin ötən gecə baş vermiş hücum zamanı öldürüldüyünü iddia edib.
News24.az xəbər verir ki, bir sıra xəbər saytlarında yayılan məlumat geniş rezonans doğursa da, İran tərəfi hələlik bu iddiaları təsdiqləyən rəsmi açıqlama verməyib.
İsrail Müdafiə Qüvvələri isə İran İnqilab Keşikçiləri Korpusunun Bəsic qüvvələrinin komandanı, briqada generalı Qulam Rza Süleymaninin öldürüldüyünü açıqlayıb.
İsrail mediasının məlumatına görə, hücum zamanı əsas hədəflərdən biri məhz Əli Laricani olub.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.
News24.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. (aljazeera.com)