"Əlləriniz qana batıb..." - Papa
Dünya
Katolik dünyasının mənəvi lideri Papa XIV Leo Palm Bazar günü ayini zamanı müharibələrə başlayan liderlərə sərt mesaj verib.
News24.az-ın məlumatına görə, Pasxa bayramı öncəsi Müqəddəs Həftənin başlanğıcında Vatikanda keçirilən mərasimdə çıxış edən Papa bildirib ki, müharibə heç bir halda dini əsaslarla haqlı sayıla bilməz.
“Tanrı müharibə istəyənlərin dualarını eşitmir. Əlləriniz qana batıb”, – deyə o, vurğulayıb.
Papa çıxışında Yaxın Şərqdə davam edən münaqişələrə də toxunub. Xüsusilə İranla bağlı hadisələri “dəhşətli” adlandırıb. O, bölgədə zorakılığın humanitar fəsadlarına diqqət çəkərək mülki şəxslər arasında itkilərin qəbuledilməz olduğunu deyib.
Bununla yanaşı, Papa bölgədə dərhal atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.