Əməkdar artist hava limanında dava saldı - Video

Əməkdar artist hava limanında dava saldı - Video Dünya

Rusiyanın əməkdar artisti, aktrisa və aparıcı Larisa Quzeva Tbilisi hava limanında qalmaqal yaradıb.

News24.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, 66 yaşlı aktrisa qızı və körpə övladı ilə birlikdə hava limanına gəlib.

Moskvaya uçmalı olan Quzeva qeydiyyat masasına yaxınlaşan zaman təyyarədə istədiyi yerlərin artıq tutulduğunu öyrənib.

Personal ilə mübahisədən sonra aktrisa əsəbiləşib. Buna baxmayaraq o, təyyarəyə minib.

Bildirilib ki, aparıcıya biznes sinifdə yer verilib.