Ən çox hərbçiyə malik ölkələrin siyahısı açıqlandı
Dünya
Dünyada ən çox hərbi qulluqçuya malik orduların yeni siyahısı açıqlanıb.
News24.az xəbər verir ki, reytinq ölkələrin aktiv hərbi qulluqçularının sayına əsasən tərtib olunub və qlobal miqyasda hərbi gücün bölgüsünü bir daha göstərib.
Məlumata görə, siyahıya Çin başçılıq edir. Ölkənin 2 milyondan çox aktiv hərbi qulluqçusu var və uzun illərdir bu göstərici ilə lider mövqeyini qoruyur.
İkinci pillədə Hindistan qərarlaşıb. Bu ölkənin 1 milyondan artıq aktiv hərbçiyə malik olduğu bildirilir. Üçüncü yerdə isə ABŞ yer alır. ABŞ ordusu texnoloji imkanlarına görə dünyada ön sıralarda olsa da, şəxsi heyətin sayına görə ilk iki ölkədən geri qalır.
Siyahıda Türkiyənin göstəriciləri də diqqət çəkir. Belə ki, Türk Silahlı Qüvvələrinin aktiv hərbi qulluqçularının sayının təxminən 450–500 min nəfər civarında olduğu qeyd edilir. Bu göstərici Türkiyəni dünyanın ən böyük ordularına malik ölkələr sırasında ön mövqelərdən birinə çıxarır.