Ən çox qar yağan ölkələr açıqlandı: Siyahıda bu türk ölkəsi var

Ən çox qar yağan ölkələr açıqlandı: Siyahıda bu türk ölkəsi var Dünya

Dünyada ən çox qar yağan ölkələr müəyyən edilib və Türkiyə də bu siyahıda yer alıb.

News24.az xəbər verir ki, araşdırmaya görə, il ərzində ən çox qar yağan ölkələr sırasında Şimali Avropa və Şimali Amerika ölkələri üstünlük təşkil edir. Reytinqdə Norveç, Kanada, Finlandiya və İslandiya kimi ölkələr ilk yerləri tutur, çünki onların təbii iqlim şəraiti ilin böyük hissəsində qar örtüyünün qalmasına imkan verir.

Siyahıda Türkiyə də yer alıb. Xüsusilə ölkənin dağlıq bölgələrində ilin müəyyən dövrlərində intensiv qar yağışı müşahidə olunur və şimal və şərq bölgələrində qar örtüyünün qalınlığı yüksək ola bilər.