"Ən tənbəl" adam qalib olacaq - Təəccübləndirən yarışma

"Ən tənbəl" adam qalib olacaq - Təəccübləndirən yarışma Dünya

Çində yüzlərlə nəfərin qatıldığı “üfüqi yatma” müsabiqəsi keçirilib.

News24.az bildirir ki, ev dekorasiya brendinin təşkil etdiyi yarışda “Dünyanın ən tənbəl insanı” adını qazanmaq üçün 240 iştirakçı mümkün qədər uzun müddət hərəkətsiz uzanıb. Qalib üçün vaxt limiti müəyyən edilməyib. Ən uzun müddət yerindən tərpənməyən birinci sayılacaq.

İştirakçılara telefon istifadə etmək, kitab oxumaq və sifariş vermək icazə verilib, lakin ayağa qalxmaq və tualetə getmək qadağandır. Bu səbəbdən bəziləri uşaq bezi geyinib.

Müsabiqə maraqlı görüntüləri ilə gündəm olub və artıq üçüncü ildir keçirilir.