“Enerji adaları” planı işə düşür – Ukrayna şəbəkəsi parçalanır?

“Enerji adaları” planı işə düşür – Ukrayna şəbəkəsi parçalanır? Dünya

Kiyev və Ukraynanın şərq bölgələri genişmiqyaslı elektrik kəsintisinin bir addımlığındadır.

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bildirilir ki, hazırda təhlükə altında olan əsas xətlər ölkənin qərbində cəmləşən elektrik istehsalını şərq bölgələrinə ötürən ötürücü şəbəkələrdir.

Nəşrin məlumatına görə, Kreml “enerji adaları” adlandırılan strategiya formalaşdırır. Bu plan ayrı-ayrı regionların enerji istehsal mənbələrindən və ümumi elektrik şəbəkəsindən tam təcrid edilməsini nəzərdə tutur.

Ekspertlər Rusiyanın enerji sistemini tam çökdürməsi üçün daha neçə zərbə endirilməli olduğu ilə bağlı dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. Eyni zamanda Ukrayna tərəfi üçün salamat qalan enerji infrastrukturunun qorunması getdikcə daha mürəkkəbləşir.