Ərazi bu ölkənin nəzarətinə keçdi: Hərbi zona elan edildi
Dünya
Suriya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq Fərat çayının qərbində yerləşən bəzi ərazilərin hərbi zona elan edildiyini bildirib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, nazirliyin məlumatına görə, sözügedən bölgələrdə fəaliyyət göstərən silahlı qruplar təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Bu səbəbdən Fəratın qərbində olan bütün silahlı qüvvələrin çayın şərq sahilinə çəkilməsi tələb olunub. Açıqlamada qeyd edilibki, ərazilər terror fəaliyyətləri və hücumların planlaşdırılması üçün istifadə olunur. Suriya Müdafiə Nazirliyi mülki əhalini həmin bölgələrdən uzaq durmağa çağırıb.
Son dövrlərdə Suriya ordusu ilə silahlı qruplar arasında müxtəlif bölgələrdə gərginliyin artdığı bildirilir.