Ərdoğan 2028-ci ilə qədər Türkiyənin hədəflərini açıqladı
Dünya
Türkiyə müdafiə sənayesi sahəsində hədəfləri böyüdüb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamanı danışıb.
“Hazırda dünyanın 11-ci ən böyük müdafiə ixracatçısıyıq. İlin ilk 10 ayında 6,7 milyard dollarlıq göstərici ilə ciddi artım əldə etdik. 2028-ci il üçün hədəfimiz müdafiə və aviasiya ixracatını 11 milyard dollara çatdırmaq və ilk 10 ölkə sırasında yer almaqdır”, – Ərdoğan bildirib.