Ərdoğan Berdiməhəmmədovla görüşdü
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada gedib.
News24.az xəbər verir ki, Prezident Ərdoğanın Aşqabad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub.
Mərasimdə Ərdoğanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammedhan Çakıyev, Türkiyənin Aşqabad səfiri Ahmet Demirok və digər rəsmi şəxslər qarşılayıblar.
Prezidentlə birlikdə Aşqabad səfərinə bir sıra yüksək vəzifəli şəxslər də qatılıb: Birinci xanım Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da Aşqabadın qonağı olub.
Ərdoğan səfər çərçivəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Görüşün detalları barədə məlumat verilməyib.