Ərdoğan bu ölkəyə səfər edəcək
Dünya
Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 11-12-də Türkmənistana səfər edəcək.
News24.az xəbər verir ki, bunu Türkiyə prezidentinin Kommunikasiya direktoru Burhanəddin Duran deyib.
O, bununla bağlı sosial media paylaşımından bildirib ki, dövlət başçısı Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü çərçivəsində keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak edəcək.
Səfər proqramı çərçivəsində Ərdoğanın BMT Baş Assambleyasının Sülh və Təhlükəsizlik Forumunda çıxışı da planlaşdırılır.