Ərdoğan Mirziyoyevlə görüşdü
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
News24.az xəbər verir ki, ikili və nümayəndə heyətləri arasında keçiriləcək görüşlər çərçivəsində prezidentlər Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında və sənədlərin imzalanma mərasimində iştirak edəcəklər. Daha sonra birgə mətbuat konfransı keçiriləcək.
Mərasimdə Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, səhiyyə naziri Kamal Memişoğlu, ticarət naziri Ömer Bolat, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, milli təhsil naziri Yusuf Tekin, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri Haluk Görgün, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, YÖK sədri Erol Özvar, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım və Ankara valisi Vasip Şahin də iştirak edib.