Ərdoğan onlara başsağlığı verdi

Ərdoğan onlara başsağlığı verdi Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalovada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı şəhid olan üç polis əməkdaşı ilə bağlı başsağlığı verib.

News24.az-ın məlumatına görə, Prezident Ərdoğan şəhid olan polis əməkdaşlarına Allahdan rəhmət, onların ailələrinə, Polis İdarəsinə və Türkiyə xalqına başsağlığı diləyib. Yaralanan polis əməkdaşlarına isə tezliklə şəfa arzulayıb.

Ərdoğan həmçinin vurğulayıb ki, ölkənin təhlükəsizliyini təhdid edən terrorçu qruplara qarşı mübarizə həm daxildə, həm də xaricdə qətiyyətlə davam etdiriləcək.